Lukaşenkodan Qarabağ çağırışı: `Hamımız eyni qayıqdayıq`


20:18     19 May 2016 lukasenko8.jpg

Belarus prezidenti Aleksandr Lukaşenko MDB ölkələrini Dnestryanı, Dağlıq Qarabağ və digər aktual problemlərin həlli ilə aktiv məşğul olmağa çağırıb.


Femida.az “BELTA”ya istinadən xəbər verir ki, bunu Lukaşenko Minskdə keçirilən MDB ölkələrinin təhülksəzlik və xüsusi xidmət orqanları şurasının 40-cı iclasında çıxışı zamanı bildirib.

“Əgər biz bu xəstəlikləri görməsək, müalicə etməsək, onlar daha da dərinləşəcək”, - deyə Lukaşenko bildirib.

O, vurğulayıb ki, MDB bu və ya digər məsələlərdə dialoqa can atmalıdır: “Razılaşmaq lazımdır. Biz heç yerə qaça bilməcəyəyik, biz bir qayıqdayıq. Heç kəs bizi digər sahillərdə gözləmir. Öz həyatımızı qurmalıyıq”.

Açar sözlər:

Oxunub: 1021